Boğazına dəmir parçası bağlayıb özünü Kürə atdı – OĞLUNA GÖRƏ
Oğlu itkin düşən ata özünü Kür çayına atdı
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN ) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Həmin şəxsin batdığı yerdə axtarışlar aparan Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu meyiti batdığı yerdən 10 metr kənarda sudan çıxararaq təhvil veriblər.
Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanları suda batan şəxsin Əsədli kənd sakini, 1950-ci il təvəllüdlü İsfəndiyar Abbasov olduğunu müəyyən ediblər.
İntihar etdiyi körpünün üstündə onun “Mercedes” markalı avtomobili aşkar edilib və avtomobildən onun intihara məcbur edən səbəb barədə məktub da tapılıb.
Məktubda qeyd edilib ki, İsfəndiyar Abbasov bir il əvvəl itkin düşən oğlu Ziyanın ayrılığına dözə bilmədiyi üçün bu addımı atıb. İntihar etməzdən əvvəl o boğazına ağır dəmir parçası bağlayaraq özünü çaya atıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar