BNA: Sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar doğru deyil
“Bu gün axşam saat 22:00 radələrində Bülbül prospekti 1-5 ünvanında 14 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA TV-nin hadisə yerində olan əməkdaşına verdiyi açıqlamada bildirib.
BNA rəsmisi qeyd edib ki, avtobusda kiçik texniki nasazlıq yaranıb və mobil texniki xidmət qrupunun müdaxiləsi ilə nasazlıq qısa vaxtda aradan qaldırılıb.
Avtobus depoya yola salınıb.
OXŞAR XƏBƏRLƏR
18:20
880
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1464
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1474
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
18:38
1474
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
1601
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
1559