BMT koronavirusu qlobal təhlükə elan edib
BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Komitəsi Çindən gələn yeni koronavirusun qlobal təhlükə yaratması barədə qərar qəbul etmək üçün Cenevrədə toplaşıb.
APA Tv-nin məlumatına görə, bu, koronavirusla bağlı təşkilatın bir həftədə keçirdiyi üçüncü iclasıdır.
Komitə iclasda koronavirusu qlobal təhlükə elan edib.
Qeyd edək ki, koronavirusun ilk dəfə ötən ilin dekabr ayında Çinin Uhan şəhərində aşkarlanıb. ABŞ, Sinqapur, Cənubi Koreya, Tailand, Avstraliya, Nepal, Fransa və Almaniyanı əhatə edən virus azı 20 ölkəyə yayılıb.
Virus artıq Çində 171 nəfərin ölümünə səbəb olub, habelə 8 mindən çox insan bu xəstəliyə yoluxub.
OXŞAR XƏBƏRLƏR
19:48
531
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
527
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
506
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
320
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
317
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
326