Bizim cənublu soydaşlarımıza vəfa borcumuz var - Fəzail Ağamalı
"Fransa, İran və Ermənistanın təhdidlərinin artması fonunda hərbi və təhlükəsizliyimiz üçün ayrılan vəsaitin artırılmasını istəyirik".
APA TV xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı çıxışında bildirib.
İranda baş verən proseslərə toxunan deputat Heydər Əliyevin də Cənubi Azərbaycanı diqqətdən kənar saxlamamağı tövsiyə etdiyini xatırladıb.
“Azərbaycanın cənubunda azadlıq hərəkatı başlayıb. Onlar müstəqilliklərini qurmaq üçün mücadilə aparırlar. Ulu öndər Heydər Əliyev bildirirdi ki, Cənubi Azərbaycan məsələsi heç zaman diqqətdən yayınmamalıdır. Hələ Mərkəzi Komitənin baş katibi olanda Moskvanın 2-ci proqramında Cənubi Azərbaycan və Şimali Azərbaycanın bir məkan olduğunu qeyd edib. İndi zaman elə gətirib ki, bizim cənublu soydaşlarımıza vəfa borcumuz var. Biz onların azadlıq hərəkatını yazılarla, çıxışlarla dəstəkləməliyik. Bundan başqa, büdcədən Təhsil Nazirliyinə ayrılan vəsaitin 10-15 mln. manatı cənublu azərbaycanlıların oxuması üçün ayrılmalıdır”, - deyə deputat bildirib.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib