Biz artıq bu toqquşmalar nəticəsində itirən tərəf olmaq istəmirik - Macar nazir
“Macarıstan Mərkəzi Avropada yerləşir. Şərqlə Qərb arasında gərginlik və toqquşmalar yaranan kimi itirən bizim region, bizim kimi ölkələr olur. Biz artıq bu toqquşmalar nəticəsində itirən tərəf olmaq istəmirik”.
Bunu Bakıda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Ukrayna ətrafındakı vəziyyətlə bağlı APA-nın sualına cavab olaraq deyib.
Nazir Avropa liderlərinin Rusiya ilə dialoqu davam etdirməsinin vacibliyini anladığını vurğulayıb: “Soyuq müharibə” zarafat deyil, biz bundan çox əziyyət çəkmişik. Biz yenidən tarixin həmin səhifəsinə qayıtmaq istəmirik. Biz Şərqlə Qərb arasında münaqişəyə qarşıyıq. Bir neçə gün öncə mən və Baş nazirimiz Moskvaya səfər etdik. Baş nazir Viktor Orban Rusiya Prezidenti ilə görüşdü, dialoq baş tutdu. Biz dialoqu dəstəkləyirik. Çox şadıq ki, artıq daha çox Avropa liderləri dialoqun vacib olduğunun fərqindədir. Fransa Prezidenti, Almaniya hökuməti Rusiya Prezidenti Putinlə birbaşa danışıqların vacibliyini qeyd edib. Biz bu dialoqa, diplomatik prosesin davam etməsini görməyə şadıq”.
Macarıstanın Xarici işlər naziri ABŞ rəsmilərinin də yaxın həftələrdə rusiyalı həmkarları ilə görüşəcəklərini bildirib.
OXŞAR XƏBƏRLƏR
Mikayıl Cabbarov: Qarabağın inkişafına böyük diqqət ayrılıb
IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişaf imkanlarından kənarda qalıb
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü