“Birləşiblər, qiymətləri endirməyə imkan vermirlər”
İstər market, istərsə də bazarlarda ərzaq bol olsa da qiymət artımı ilə bağlı çoxlu iddialar var. Məhsul qıtlığı müşahidə edilməsə də, vətəndaşlar ərzaq qiymətlərinin artımından gileylənirlər. Xüsusən içki,yağ və şirniyyat məhsullarının qiymətlərində artım olduğunu deyir alıcılar. Bahalaşma həm də kənd təsərrüfatı məhsullarında da özünü göstərir. Meyvə satıcısı isə bu il əksinə ucuzluq olduğunu deyir. Onun sözlərinə görə, bəzi məhsullar xaricdən idxal olunur deyə bahadır. Ümumiyyətlə isə bahalaşma son iki ildir ki, sürətlə davam edir. Ekpert Xalid Kərimli deyir ki, ötən il hətta qiymət artımı 21-22% təşkil edirdi. Ekspert bildirir ki, bahalaşmaya digər bir səbəb isə Rusiya-Ukrayna müharibəsindən sonra baş verən proseslərdir. Son 12 ayda dünya ərzaq bazarında qiymət düşməkdədir. Ekspert deyir ki, bu müddətdə dünya bazarında ərzaq qiymətləri 30%-ə qədər ucuzlaşıb. Onun sözlərinə görə, dünya bazarındakı ərzaq qiymətlərinin ucuzlaşması inhisarçılar səbəbindən ölkəmizdə o qədər də hiss olunmur. Qeyd edək ki, Azərbaycanda inflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi üçün İşçi qrup fəaliyyət göstərir. AYNUR QARA KAMRAN NAMAZOV APA TV
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi