Birinci vitse-prezident Azərbaycan xalqını təbrik etdi - NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
APA TV-nin məlumatına görə, təbrik Birinci vitse-prezidentin “Instagram” səhifəsində yerləşdirilib.
Təbrikdə bildirilir:
“Əziz həmvətənlər!
Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram əhval-ruhiyyəsi arzulayıram!
Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!”.
OXŞAR XƏBƏRLƏR
17:21
1023
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1069
Növbəti köç karvanları yola salınıb
13:38
1086
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
939
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1069
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2977