Birinci sinfə qeydiyyat başlayır
Bu gündən birinci sinfə qeydiyyat prosesi başlanılır.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq. Həmin tarixdən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək.
Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.
OXŞAR XƏBƏRLƏR
17:12
215
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
271
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
247
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1662
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
14:07
1970
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1224