“Bir qrup xəstəliklər hələ də icbari tibbi sığorta ilə əhatə olunmayıb” - Əhliman Əmiraslanov
“İnsanlar arasında dərman vasitələri ilə bağlı xeyli narazılıq var”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Deputat bildirib ki, hökumət dərman vasitələri haqqında ciddi proqram hazırlayır: “Əminəm ki, bu proqram qəbul ediləndən sonra dərman vasitələri ilə bağlı problem aradan qalxacaq. Belə sənədlərin hazırlanması zamanı Milli Məclisdə olan mütəxəssis deputatları da bu sahəyə cəlb etmək lazımdır. Bunun da proqramın effektivliyinə xeyri olar”.
Komitə sədri Səhiyyə xərclərində əhəmiyyətli artımın nəzərdə tutulduğunu da diqqətə çatdırıb.
Deputat bildirib ki, icbari tibbi sığortadan əhalinin məmnunluğu artır: “Bir qrup xəstəliklər hələ də icbari tibbi sığorta ilə əhatə olunmayıb. Onlar arasında onkoloji xəstəliklər də var. Onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunmaması bu xəstəliyin adekvat müalicəsinə mane olur və insanların narazılığına səbəb olur”.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib