Bir Milli Qəhrəman, 37 xüsusi təyinatlı məhv edildi - Ermənistanı yasa boğan əməliyyat
Rafiq İbrahimov Azərbaycan ordusunun ehtiyatda olan mayorudur. O, birinci Qarabağ müharibəsi və aprel döyüşlərində cəbhənin keçmiş Ağdərə rayonu istiqamətində döyüşüb. Ən ağır döyüş tapşırığından sağ çıxmağı bacaran mayorun indiyə qədər unutmadığı və ən uğurlu hesab etdiyi döyüşü Ermənistanda qəhrəman sayılan terrorçu Şahen Meğryanın məhv edilməsi əməliyyatı olub.
Mayor İbrahimovun uğurlu əməliyyatından sonra Ermənistan üç gün matəm elan edir. Çünki düşmən arxasına keçmiş qrup Şahen Meğryanı və onun 37 nəfərə yaxın xüsusi təyinatlısını vertolyotda vuraraq məhv edir.
Ölmü ilə bağlı son illərə qədər Ermənistan hərbi tribunalında iş aparılan Şahen Meğryan kimdir? Şahen Meğryan 1952-ci il yanvarın 3-də Goranboy rayonunun Gülüstan kəndində anadan olub. Qarabağda seperatçı fəaliyyətlərin başlaması ilə Meğryan, bölgədə əsasən xarici ölkələrdən gələn terrorçulardan ibarət dəstələr formalaşdırıb. Düşmən mənbələrinə görə, Meğryanın öldürülməsi Ermənistan hərbi xadimlərinin tanınmayan gizli qətllərindən biridir. Çünki bu günə qədər Meğryanın ölümünün kim tərəfindən təşkil edilməsinə dair ictimaiyyətə heç bir açıqlama verilməyib.
Həmin döyüşdən sonra düşmənin müqavimət gücləri, habelə diversiya fəaliyyəti xeyli zəifləyir. Böyük təntənə ilə dəfn edilən Şahen Meğryana Ermənistanın Milli Qəhrəmanı adı verilir. Həmçinin Şahenin adını daşıyan küçə, qəsəbə və məktəb də var...
Elgün Gəncimsoy, Ziya İsmayılov, APA tv – Bərdə
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir