Bir ailənin 5 üzvü kəklikotulu çaydan zəhərləndi
Qaxda bir ailənin 5 üzvü zəhərlənib.
"Qafqazinfo"nun məlumatına görə, 1958-ci il təvəllüdlü Xanım Xəlilova, 1982-ci il təvəllüdlü Məhəmməd Xəlilov və Günay Mahmudova, eləcə də 2 azyaşlı qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət edib. Onların kəklikotu çayı içdikdən sonra vəziyyətlərinin pisləşdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, zəhərlənən Günay Mahmudova Qax Rayon Təhsil İdarəsinin müdür müavinidir.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xİdmətinin Şəki regional qrupundan faktı təsdiq ediblər: "5 nəfərin qidadan zəhərlənməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Faktla bağlı ilkin araşdırma aparıldıqdan sonra toplanmış materiallar rayon prokurorluğuna göndəriləcək".
OXŞAR XƏBƏRLƏR
19:20
569
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
18:23
559
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
16:36
590
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
16:35
382
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
16:23
1200
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
16:22
1107