Binəqədidə mobil telefonları oğurlayan şəxs kameralara düşdü - HADİSƏ ANI
Binəqədidə iki marketdən oğurluq edilib. Naməlum şəxs ayrı-ayrı vaxtlarda mağazada satıcıların başının qarışmasından istifadə edərək piştaxtaların üzərində olan iki ədəd mobil telefonu oğurlayıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları etməkdə şübhəli bilinən paytaxt sakini Xaliq Qəribov tutulub.
Qeyd edək ki, onun mağazalardan oğurluq etməsi obyektlərin müşahidə kameraları vasitəsi ilə anbaan lentə alınıb.
Keçirilən digər əməliyyat nəticəsində paytaxtın müxtəlif yerlərində azyaşlı uşaqları aldadaraq onların mobil telefonlarını əllərindən alan şəxs saxlanılıb. Tədbir zamanı yetkinlik yaşına çatmayan paytaxt sakini Bahadur Məmmədov tutularaq istintaqa təqdim edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib