Binalara istilik verilməsinin müddəti uzadıldı
Baş nazir Əli Əsədovun tapşırığına əsasən, istilik mövsümü uzadılıb.
Bu barədə APA TV-yə açıqlamasında "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini İlham Mirzəliyev bildirib.
O qeyd edib ki, Baş nazirin tapşırığına əsasən, yaşayış binaları aprelin 25-nə qədər istiliklə təmin olunacaq.
“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən insanlar evdə olduğu üçün bu tapşırıq verilib. Hava hazırda o qədər də isti olmadığından temperatur rejimini tənzimləmək və insanların rahatlığı üçün binaların istiliklə təmin olunmasının aprelin 25-nə qədər uzadılması məqsədəuyğun hesab edilib" - deyə İlham Mirzəliyev bildirib.
Qeyd edək ki, istilik mövsümü aprelin 15-də başa çatırdı.
OXŞAR XƏBƏRLƏR
16:28
532
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
644
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2660
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2312
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2304
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1486