Biləsuvarın sabiq icra başçısının ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ
Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevlə bağlı hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı başa çatıb.
APA-nın yaydığı xəbərə görə, Şirvan Apellyasiya Məhkəməsində baxılan iş üzrə qərar elan olunub.
Hakim Rafiq Cəfərovun sədrlik etdiyi məhkəmə heyəti Mahir Quliyevin vəkili tərəfindən verilmiş şikayəti təmin etməyib.
Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.
O, Cinayət Məcəlləsinin mənimsəmə və isriaf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mahir Quliyevin Bakıda fərqli ünvanlarda yerləşən 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib