Biləsuvarda su üstündə DAVA: Ata və oğlunu döydülər
Biləsuvarda su üstündə dava düşüb.
Cənub bürosunun məlumatına görə, hadisə rayonun Çərçili deyilən ərazisində qeydə alınıb.
Biləsuvar rayonunun Günəşli kənd sakinləri, 1960-cı il təvəllüdlü Fikrət Gözəlov və oğlu 1987-ci il təvəllüdlü Hikmət Gözəlov tanışları şəxslər tərəfindən döyülüblər. Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.
İlkin məlumata görə, hadisə su üstündə yaranan mübahisə zamanı baş verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Cənub bürosuna bildirilib ki, Biləsuvar rayonu Günəşli kənd sakinləri Fikrət Gözəlov və oğlu Hikmət polisə müraciət edərək aralarında yaranmış mübahisə zamanı həmkəndliləri Z. Mirzəyev və V. Mirzəyev tərəfindən döyüldüklərini bildiriblər.
Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib