Bəzi yerlərdə duman olacaq, külək əsəcək - PROQNOZ
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-13° isti, Bakıda gecə 5-7° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.
OXŞAR XƏBƏRLƏR
19:00
418
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
18:11
429
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
17:55
462
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
19:56
615
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
15:53
651
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib
16:49
1536