Bəzi dövlət qurumlarının əməkdaşları məzuniyyətə göndərilir - TARİX VƏ MÜDDƏT AÇIQLANDI
Azərbaycanda koronavirus infeksiyasının yaılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir. Belə tədbirlərin ən mühüm hissəsi vətəndaşların ünsiyyətini minimuma qədər azaltmaqdır. İndiyə qədər mərhələli şəkildə görülmüş tədbirlər ünsiyyətin xeyli azalmasına səbəb olub.
Bununla belə, işləyən vətəndaşların “özünütəcrid”i qeyri-mümkün olur və infeksiyanın yayılması təhlükəsini artırır.
Nazirlər Kabineti yanında operativ qərargahdan APA TV-yə verilən məlumata görə, bu səbəbdən, infeksiyanın yayılmasının qarşısının qısa müddətdə və tam şəkildə alınması məqsədilə vətəndaşların “özünütəcrid” üçün daha əlverişli şərtlərlə təmin edilməsinə ehtiyac var. Vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda qərar qəbul olunub.
Qərar müvəqqəti xarakterlidir, dövlətin vətəndaşların təhlükəsizliyini daha səmərəli təmin etməsi məqsədilə qəbul olunub və növbədənkənar məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək.
Bu qərar minlərlə vətəndaşın özünü infeksiya təhlükəsindən daha yaxşı qorumasına səbəb olacaq.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib