“Bəzi çörəklərdə heyvan tükündən hazırlanan maddə istifadə olunur” – APA TV
Çörək əhalinin ən çox istifadə etdiyi tələbat məhsuludur. Amma son zamanlar bu məhsulun keyfiyyətsizliyi və tərkibində əlavə qatqıların olması məsələsi yenidən gündəmə gəlib. Satılmayan zavod çörəklərinin üyüdülərək una əlavə olunub yenidən bişirilməsi iddia olunur. Hər gün qida rasionumuzda yer alan çörəyin tərkibi bizi narahat etməyə bilməz. Qida üzrə mütəxəssis Məhsəti Hüseynova köhnə çörəklərin yenidən istifadə olunduğunu düşünməsə də, qənnadı məmulatlarında bu kimi halların baş verə biləcəyini vurğulayıb. Mütəxəssis həmçinin bildirir ki, çörək hazırlanarkən istifadə müddəti uzun olsun deyə insan sağlamlığına ciddi təhlükə yaradacaq kimyəvi maddələrdən istifadə olunur. Qida mütəxəssisinin sözlərinə görə, xaricdən gələn bəzi çörək və peçenyelərə heyvan tükündən hazırlanan qatqı maddəsi əlavə olunur ki, bu da insanlarda asılılıq yaradır. Bir neçə çörək zavodunun nümayəndəsi ilə əlaqə saxladıq. Zavodlardan bildirildi ki, çörəklərin yenidən emal edilməsi mümkün deyil. Satılmayan və ya vaxtı keçmiş çörəklər heyvan yemi kimi satılır. Ess... Mütəxəssislərin fikrinə görə, dünya təcrübəsində olduğu kimi bizdə də çörəyin tərkibinin zənginləşdirilməsi ilə bağlı işlər görülməli və bu məsələ qanunvericiliklə standartlara salınmalıdır.
OXŞAR XƏBƏRLƏR
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 193 sakin yurda döndü
Önümüzdəki günlərdə HAVA NECƏ OLACAQ? – AÇIQLAMA
Şərurun hülüsü niyə bu qədər məşhurdur?