Beyləqanda bir ailənin 4 üzvünü güllələyən gəncin atası özünü öldürdü
Beyləqanda bir ailənin dörd üzvünü güllələyən Fuad Cəlilzadənin atası intihar edib.
58 yaşlı Loğman Cəlilov oğlunun cinayətinə dözməyərək özünü asıb. Məlumata görə, ata oğlunun törətdiyi cinayətin ağırlığına dözmədiyini bildirən bir məktub yazıb. O, tövlədə özünü iplə asıb.
Onun 25 yaşlı ailəli qızının da bir neçə il əvvəl özünü asaraq öldürdüyü bildirilir.
Qeyd edək ki, ötən il dekabrın 2-i Beyləqanın Tatalılar kəndində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyevi, onun həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqlarını evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələyib. Ağır yaralanan ailə üzvlərinin hamısı hadisə yerində ölüb.
Fuad Cəlilzadəyə Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qətlə yetirmək) maddəsi ilə ittiham verilib. Onun barəsində Beyləqan Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama