Beyin ölümü keçirən qadının övladı oldu - 117 GÜNÜN MÖCÜZƏSİ
Çexiyada beyin ölümü keçirən qadının 117 gündən sonra övladı dünyaya gəlib.
APA TV-nin “Reuters”ə istinadən xəbərinə görə, bu, analoji şəraitdə süni hamiləliklə bağlı rekord müddət sayılır.
Hadisə avqustun 15-də Brno şəhərindəki universitet klinikasında qeydə alınıb. Aprel ayında insult keçirən 27 yaşlı hamilə qadını helikopterlə klinikaya çatdırıblar. 15 həftəlik hamilə qadının yaşam şansları ilk müayinədən çox aşağı qiymətləndirilib. Beyin ölümü keçirdikdən sonra isə həkimlər uşağın həyatı uğrunda mübarizə aparmaq qərarına gəliblər.
Klinikanın həkimləri xoş sonluqla bitən möcüzəli hadisənin təfərrüatlarını açıqlayıblar.
“Biz körpəni xilas etmək üçün qadının həyati vacib orqanlarının fəaliyyətini tam nəzarət altında tutmaq qərarına gəldik”.
“Hamiləliyin sonrakı inkişafı göstərdi ki, döl özünü yaxşı hiss edir və fiziki baxımdan inkişaf edir. Biz bu prosesdə heç bir problem görmədik. Biz kritik 28 həftəlik müddətə qədər gözləmək qərarına gəldik”.
Dölün normal inkişafı üçün həkimlər qadını masaj ediblər və hətta yerişi imitasiya etmək məqsədilə ayaqlarını tərpədiblər. Gələcək nənə isə hər gün klinikaya gələrək, hələ doğulmamış nəvəsi üçün nağıllar oxuyub.
“Bu, doğrudan da ciddi və möhtəşəm hadisə idi. Bütün ailə üzvləri çiyin-çiyinə sona qədər duruş gətirdilər. Onların dəstəyi olmasaydı, biz bu nəticəyə nail ola bilməzdik. Ümid edirəm ki həm ata, həm nənə, həm də digər qohumlar gələcəkdə də uşağa bu cür qayğı göstərəcəklər”.
Qeyd edək ki, körpə qeysəriyyə kəsiyi yolu ilə dünyaya gəlib. Qızın çəkisi 2 kq, boyu 42 sm-dir və hazırda özünü yaxşı hiss edir. Körpə dünyaya gəldikdən sonra həkimlər anasını süni tənəffüs aparatından ayırıblar.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."