Beş otaqlı ev yanıb külə döndü
Şəkidə beşotaqlı fərdi yaşayış evi yanıb.
Yanğın gecə saat 03:53-də rayonun Vərəzət kəndində, kənd sakini Neymət Məmmədəli oğlu Həbilova məxsus, ümumi sahəsi 200 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:19
515
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
17:18
434
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
17:18
495
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
19:48
1012
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
19:46
972
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
19:41
1082