Beş ölkə birləşib, yeni valyuta yaradırlar: Dollara qarşı
Yeni Dehlidə baş tutan Rusiya-Hindistan biznes forumunda Dövlət Dumasının sədr müavini Aleksandr Babakov bildirib ki, BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) ölkələri təkcə qızılla deyil, real resurslar, o cümlədən, torpaq və nadir torpaq metalları ilə dəstəklənən yeni valyuta yarada bilər.
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, dollar və avronun hegemonluğundan kənar bir valyutanın yaradılması ideyası son onillikdə, xüsusən də, 2022-ci ilin əvvəlindən daha da aktual olub.
Ekspertin sözlərinə görə, BRİKS ölkələri öz aralarında iqtisadi güclərini birləşdirsələr belə, indiki halda vahid valyutanın hansı formada olacağı dəqiq deyil.
O bildirib ki, yeni valyuta sisteminin yüksək ehtimalla rəqəmsal olaraq dövriyyəyə buraxılması nəzərdə tutulub.
Qeyd edək ki, 2022-ci ilin iyununda Rusiya prezidenti Vladimir Putin BRİKS ölkələrinin milli valyutalar əsasında beynəlxalq ehtiyat valyutanın yaradılması üzərində işlədiklərini bildirib.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı