Beş ildir evində gizli silah saxlayırmış
Quba sakinindən sənədləri olmayan ov tüfəngi götürülüb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Təngəaltı kənd sakini, 39 yaşlı Rahib Fətullayevə məxsus evdən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb:
“2015-ci ildən evimdə gizli saxlayırdım. Ov silahından arada bayramda bir-iki patron atmaq üçün istifadə edərdim. Polis əməkdaşları məni kənddə silaha görə saxladılar. Evimə baxış keçirildi, silah aşkarlanıb götürüldü”.
Faktla bağlı araşdırma aparılır. Tapılan silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.
OXŞAR XƏBƏRLƏR
19:48
707
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
694
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
709
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
338
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
333
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
342