Bərdəyə raket hücumu zamanı Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də həlak olub
Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində həlak olanlar arasında Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü var.
APA TV-nin xəbərinə görə, bu barədə Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin Avropa bürosunun rəsmi "Twitter" səhifəsində məlumat verilib.
"Bu gün günortadan sonra Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə humanitar yardım çatdırarkən könüllülərimizdən birinin həlak olması xəbəri bizi dərindən kədərləndirdi.
39 yaşlı ata Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin təcili mobil qrupunun əməkdaşı idi və raket hücumunda həlak olub. Humanis, xeyriyyəçilər hədəf deyil!", - Qırmızı Xaç və Qırmızı Aypara təşkilatının Avropa bürosu bildirib.
OXŞAR XƏBƏRLƏR
20:20
321
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
382
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
18:38
984
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
1468
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
1423
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
939