Bərdədə oğurluq edənlər saxlanılıb
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törədən şəxslər müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA TV-nin verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə silsilə şəkildə oğurluqlar törədən rayon sakinləri Mübariz Bayramov, Tural Hümbətov və Ruslan Şəmilov saxlanılıblar.
Araşdırmalarla həmin şəxslərin müxtəlif vaxtlarda elektrik naqilləri, avtomobil ehtiyat hissələri, məişət əşyaları və s. oğurlayaraq vətəndaşlara maddi ziyan vurduqları aşkar edilib.
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş digər tədbirlə narkotikin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Fərhad Səlimov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı