Bərdədə minik maşını “KamAZ”a çırpıldı - 1 ÖLÜ, 3 YARALI
Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, fevralın 18-də saat 4 radələrində Bərdə rayonunun Qarağacı kəndi ərazisində Ağcabədi rayon sakini M.Məhərrəmov idarə etdiyi “Mercedes-Vito” markalı avtomobili qarşıda gedən Beyləqan rayon sakini E.Kərimovun idarə etdiyi, ot daşıyan “KamAZ” markalı yük maşınına vurub.
Nəticədə M.Məhərrəmovun sərnişinlərindən Rövşən Qardaşxanov hadisə yerində ölüb, onun oğlu, 2008-ci il təvəllüdlü Elçin Qardaşxanov, sürücü və daha 1 sərnişin isə yaralanaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
224
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
228
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
215
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
285
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
282
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
288