Bərdədə iki qadını ilan sancıb
Bərdə rayonunda iki nəfəri ilan sancıb. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, rayonun Əyricə kəndində müvəqqəti məskunlaşan Kəlbəcərdən məcburi köçkün - 1968-ci il təvəllüdlü Əsgərova Südabə Qüdrət qızı toyuqlara dən verən zaman gürzə onun sağ ayağından sancıb. Digər hadisə isə rayonun Lənbəran kəndində baş verib. 1983-cü il təvəllüdlü Gülnar Vəli qızı Bayramova əkin sahəsində işləyərkən sürünən onun sol ayağından sancıb. Hər iki yaralı qadın ətrafda olan insanların köməyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Travmatologiya şöbəsində olan yaralıların vəziyyəti həkimlər orta ağır qiymətləndirir.
OXŞAR XƏBƏRLƏR
19:50
956
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1016
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
967
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
983
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
987
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
987