Bərdədə iki maşın toqquşdu - 3 YARALI

 

Bərdədə 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, qəza Bakı küçəsində qeydə alınıb. Hərəkətdə olan “Prado” markalı, 90 DN 464 dövlət nömrə nişanlı avtomobil qarşıdan gələn Rusiya qeydiyyatında olan “LADA” markalı avtomobillə toqquşub. Nəticədə “LADA”nın sərnişinləri - Rafael Salahov, Bənövşə Abbasova və Günay Quliyeva müxtəlif bədən xəsarəti ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR