Bərdədə gənc çağırışçılar hərbi xidmətə yola salındı
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış gənclərin yolasalma mərasimi keçirilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, dövlət himni ilə başlayan tədbirdə daha sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olan vətən oğulların ruhları bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 44 günlük Vətən Müharibəsi zamanı şəhid olan və ölümündən sonra “Qarabağ” ordeni ilə təltif edilmiş gizir Asəf Əsgərovun medalı atasına təqdim edilib. Şəhid atası İlqar Əsgərov da gənc çağırışçıları və onların valideynlərini təbrik edərək, dözümlü və vətənə xidmətdə möhkəm və sadiq olmağa çağırıb.
Gənc əsgərlər azad olunan torpaqların keşiyində şərəflə dayanacaqlarına söz veriblər.
OXŞAR XƏBƏRLƏR
18:12
671
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
734
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
16:19
706
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib
18:07
860
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub
18:06
852
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
18:04
819