Bərdədə evi yandırılan və azyaşlı qızı bıçaqlanan qadın danışdı
Bərdədə evi yandırılan və azyaşlı qızı bıçaqlanan qadın hadisənin təfərrüatları barədə danışıb. Qadının APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, hadisə baş verməzdən öncə 29 yaşlı Şikar Nurəddin oğlu Abdullayev gecə saatlarında boşanmaq üzrə olduğu həyat yoldaşı Cəmilə Firdovsi qızı Kərimovanın evinə gəlib. Ona fiziki zor tətbiq edərək döyüb. Daha sonra həyat yoldaşına bıçaqla xəsarət yetirmək istəyərkən bıçaq onun 9 yaşlı ögey qızı Fatimə İsmayıl qızı Orucovanın sağ qoluna dəyib. Əri tərəfindən fiziki zor tətbiq edilən qadın qonşuları köməyə çağırıb. Qonşuların gəldiyini görən Şikar Abdullayev hadisə yerindən qaçıb. Ögey qızına xəsarət yetirən Şikar Abdullayev bununlada kifayətlənməyib. Cəmilə Kərimova qızını xəstəxanaya apardıqdan sonra Şikar Abdullayev yenidən həmin ünvana gələrək evi yandırıb. Şikar Abdullayev Cəmilə Kərimovanın ikinci həyat yoldaşıdır. Son vaxtlar onlar arasında tez-tez ailə münaqişəsi baş verirmiş. Cəmilə Kərimova iddia edir ki, həyat yoldaşı qeyri qanuni olaraq başqa qadınla yaşayır və onların Cəmilə Kərimovadan tələbi odur ki, evdən çıxaraq evi onlara versin. Həyat yoldaşının evini yandıraraq, ögey qızına bıçaqla xəsarət yetirən şəxs artıq hüquq - mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi