Bərdə sakininin evi yandı
Bərdədə yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, yanğın hadisəsi rayonun Alaçadırlı kəndində qeydə alınıb. Kənd sakini Elmir Məhər oğlu Muxtarova məxsus 3 otaqlı fərdi yaşayış evində başlayan yanğın qısa müddətdə ətrafı bürüyüb. Hadisə şahidlərinin sözlərinə görə, yanğına səbəb elektrik naqillərindəki qısa qapanma olub. Yanğın zamanı ümumi sahəsi 110 kv metr olan 3 otaqlı ev tamamilə yanıb.
Hadisə yerinə dərhal FHN-nin Bərdə rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülsə də ev içindəki əşyaları ilə birlikdə tamamilə yanıb. Hadisə nəticəsində ailəyə küllü miqdarda ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:19
393
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
18:00
422
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
14:07
690
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
944
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
12:53
1136
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
1605