Bərdə sakinindən 8 kq marixuana götürüldü
Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları xeyli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, Bərdə sakininin üzərindən və avtomobilindən marixuana aşkarlanıb.
Saxlanılan şəxs Bərdənin Otuzikilər kənd sakini, əvvəllər məhkum olunmuş, 56 yaşlı Nail Qasımovdur. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsində onun üzərinə baxış keçirilən zaman 2 ədəd kağız bükümlərdə qurudulmuş marixuana aşkar edilərək götürülüb. Təhqiqatçı Yunis Quliyev bildirib ki, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Nail Qasımova məxsus “VAZ-21013” markalı avtomobilin yük yerindən 3 ədəd sellofan torbada ümumi çəkisi 7 kiloqram 900 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs uzun illərdir narkotik aludəçisi olduğuna asayiş keşikçilərini inandıra bilməyib. Götürülən narkotikin miqdarı və əldə edilə məlumatlar belə deməyə əsas verir: “Yolun kənarında kanal var. Kanalın qırağında yoldum tökdüm. 15 gündən sonra gəldim ki, quruyub. Aparıb qarğılığa qoydum. Dünən üçün getdim baxım, görüm, oradadırmı. İstədim aparıb sahəmin ayağında basdırım”.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”