Bərdə-Ağdam dəmiryol xəttinin çəkilişinə start verilib
Bərdə-Ağdam dəmir yolu xəttinin çəkilişinə start verilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Ağdam rayonunun işğal olunması ilə Yevlax-Xankəndi dəmir yolunun rayondan keçən hissəsi istifadəyə yararsız hala düşüb. Bu səbəbdən qatarların son dayanacağı Tərtər rayonunun Köçərli stansiyası olub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə dəmir yolu xəttinin Bərdədən Ağdama qədər uzanan 45 kilometrlik hissəsi yenidən qurulur.
“Kontur Arxitektura Layihə-Sənaye” QSC-nin mühəndis-texnoloqu Şəmsəddin Talıbov deyir ki, hazırda, Bərdə-Təzəkənd istiqamətində 19 kilometr, ikinci mərhələdə isə Təzəkənd-Ağdam dəmir yolu bərpa ediləcək: “Bərdə-Ağdam mənzili üzrə 117 süni qurğu, o cümlədən 103 ədəd dəmir-beton boru, 4 heyvan keçidi, 2 böyük yolötürücü qurğu və 2 körpünün tikilməsi planlaşdırılıb. Torpaq yatağının işlənməsi ilə bərabər hazırda bu qurğuların layihələndirilməsi işləri də aparılır”.
Layihəyə uyğun olaraq torpaq yatağının işlənməsi, Köçərli, Təzəkənd, Ağdam stansiyalarında yeni standartlara uyğun binaların tikintisi də nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?