Bələdiyyə seçkiləri ilə bağlı MSK-da seminar keçirilib
Mərkəzi Seçki Komissiyası (MSK) “Bələdiyyə seçkilərinə qeydiyyat” mövzusunda plenar seminar keçirib.
APA TV-nin məlumatına görə, seminarda 2019-cu il dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkili, vətəndaşların seçki hüquqlarının daha şəffaf təmin edilməsi üçün görülən tədbirlərdən danışılıb.
MSK-nın üzvü Qabil Orucov deyib ki, bu cür tədbirlər aşağı seçki komissiyalarının seçki qanunvericiliyini daha düzgün mənimsəməsinə şərait yaradacaq: “Seçki qanunvericiliyi, seçki məcəlləsi bu normaları özündə bu cür ehtiva etməklə istər passiv, istərsə də aktiv seçki hüquq subyektlərinə münasibətdə bu hüquqların daha dolğun, daha etibarlı şəkildə həyata keçirilməsi, reallaşdırılması üçün demək olar ki, çox münbit şərait yaranmışdır”.
O bildirib ki, keçirilən layihələrdə aktiv, eləcə də passiv seçki hüquq subyektləri ilə seçicilər arasındakı münasibətləri tənzimləmək üçün əlavə müddəalar və qaydalar vətəndaşlara çatdırılacaq. Qeyd edək ki, bu il 15156 bələdiyyə üzvlüyü yeri uğrunda 10 minlərlə passiv seçki hüququna malik vətəndaş namizədliyə iddiaçı qismində qatılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək