Bazardüzü zirvəsinin şərqindəki adsız yüksəkliyə “Zəfər zirvəsi” adı verilib
Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan Ordusunun zabitləri və “Qartal” Dağçılıq İdman Klubunun alpinistlərindən ibarət heyətin Böyük Qafqaz sıra dağlarının Bazardüzü zirvəsinin şərqində yerləşən adsız yüksəkliyə (4301 m) yürüşü təşkil olunub.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, “Zəfər Azərbaycanındır!” adlı ekspedisiyanın iştirakçıları mürəkkəb relyefə malik dağlıq ərazini keçərək təyin edilmiş yüksəkliyə qalxıblar.
Ekspedisiyanın iştirakçıları orada Azərbaycan Respublikasının Dövlət bayrağını ucaldıb, Dövlət himnini ifa edib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonda Vətən müharibəsində Qələbəni tərənnüm edən “Zəfər zirvəsi” adlı lövhə bu yüksəklikdə bərkidilib.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar