Bayrağımıza hörmətsizlik edən Ermənistan cəzalandırıldı
2024-cü ildə keçiriləcək ağır atletika üzrə dünya çempionatının yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Ağır Atletika Federasiyası verib. Qurum yarışı təşkilatçılığına 3 namizəd arasında seçim edib. İcraiyyə Komitəsinin Kubadakı iclasında dünya çempionatının Bəhreyndə keçirilməsi qərara alınıb. Digər namizədlərdən biri Ermənistan isə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında baş verənlərə görə səsvermədə Asiya ölkəsinə uduzub. Qeyd edək ki, son qitə çempionatının İrəvanda keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.
OXŞAR XƏBƏRLƏR
18:44
208
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
18:43
178
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
16:47
376
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
20:35
1058
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
19:51
1096
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
19:50
969