Bayıldan Əhmədliyə dənizlə necə getmək olar?
Dünyanın bir çox ölkələrində dəniz taksiləri xidmətindən daha çox istifadə edilir. Bu taksilərlə mənzil başına daha qısa müddətdə, tıxaca düşmədən çatmaq mümkündür. Beləcə həm də şəhərdəki sıxlıq nisbətən azalmış olur. Dəniz taksiləri rahat nəqliyyat vasitəsi olmaqla yanaşı, səyahət zamanı sərnişinlərə böyük zövq verir. Hazırda İngiltərə, ABŞ, Tayland, Yaponiya və qonşu Türkiyədə dəniz taksiləri fəaliyyət geniş şəkildə göstərir. Bəs Azərbaycanda, yəni Xəzər dənizində dəniz taksilərindən istifadə edə bilsəydik, nə baş verərdi? Nəqliyyat eksperti Elmədin Muradlı deyir ki, Azərbaycanda dəniz taksilərini fəaliyyətə başlaması ilə bağlı zaman-zaman təkliflər olub, amma... Elməddin Muradlı qeyd edir ki, dəniz taksilərindən istifadə şəhər nəqliyyatı ilə bağlı vəziyyətimizi yüngülləşdirər, sıxlığı azaldar.
ORXAN ASLAN
XƏYAL İSKƏNDƏROV APA TV
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər