Bayden: “NATO-ya yeni üzvlərin qoşulması heç kim üçün təhdid deyil”
Son illər sual olunurdu ki, NATO effektivdirmi? NATO sübut etdi ki, o əvəzolunmaz alyansdır, həmişəkindən daha vacibdir.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden NATO-ya üzv olmaq üçün müraciət edən Finlandiya və İsveç liderləri ilə Vaşinqtonda birgə mətbuat konfransında deyib.
“İsveç və Finlandiya müxtəlif məsələlərdə yaxın tərəfdaşlarımızdır. Bu ölkələrin Silahlı Qüvvələri İraq, Əfqanıstan və Kosovada ABŞ və NATO ilə çiyin-çiyinə olub.
Bu ölkələrin güclü demokratiyası, şəffaf iqtisadiyyatı və ən əsası isə mənəvi yanaşması var. Biz bu gün görüşdə həm üzvlük, həm Ukraynadakı vəziyyəti, həm də sərhəddəki təhlükəsizlik durumunu müzakirə etdik”, - Bayden vurğulayıb.
ABŞ lideri bəyan edib ki, NATO-nun qapısı açıq olaraq qalmaqdadır: “NATO-ya yeni üzvlərin qoşulması heç kim üçün təhdid deyil. Alyans müdafiə xarakterlidir və öz üzvlərini qoruyur. NATO-ya qoşulmaq məcburi deyil. Bu bir seçimdir, bu demokratiyadır və iki ölkənin xalqları da bu seçimi dəstəklədi”.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko