Başına metal boru düşən çilingər öldü
Fevralın 22-də rayonun Rəhimli kəndində Maqsud Musayevin iş görərkən xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Goranboy rayon Prokurorluğundan APA TV-yə verilən xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, rayonun Goranboy Suvarma Sistemləri İdarəsinin çilingəri vəzifəsində işləyən Maqsud Musayev rayonun Rəhimli kəndində su artezian quyusunda təmir işləri aparılarkən başına metal boru düşməsi nəticəsində xəsarət alıb və aldığı xəsarətlərdən fevralın 26-da müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ