Baş Prokurorun birinci müavini və müavinləri təyin olunub
Baş Prokurora yeni müavinlər təyin olunub.
APA TV-nin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Elçin Məmmədov Baş Prokurorun birinci müavini təyin edilib. Buna qədər Baş Prokurorun birinci müavini Rüstəm Usubov olub.
Baş Prokurorun digər müavinləri isə Elmar Camalov və Nazim Rəcəbov təyin edilib.
N.Rəcəbov həmçinin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, bu təyinatlara qədər Elçin Məmmədov Lənkəran, Elmar Camalov isə Mingəçevir şəhər prokuroru vəzifəsində çalışıblar. Nazim Rəcəbov isə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi olub.
OXŞAR XƏBƏRLƏR
11:43
1914
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1901
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1971
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1423
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
2001
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
2029