Baş prokuror: “Ailəsinə qarşı vəhşilik edənlər cəzalanmalıdır”
“Qadın və uşaq hüquqlarını müdafiə edən Qeyri Hökumət Təşkilatları (QHT) Fuad Qəhrəmanlının ailə üzvlərinə iztirab, işgəncə verməsi, ağır xəsarətlər yetirməsi və onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Baş Prokurorluğa müraciət ediblər”.
APA TV-nin məlumatına görə, bu fikirləri Baş prokuror Zakir Qaralov bildirib. Əlavə edib ki, həmin müraciətlər hazırda Baş Prokurorluqda baxılma ərəfəsindədir: “Sözsüz ki, biz ilk növbədə zərərçəkənlərin rəsmi mövqeyini öyrənməliyik, həm həyat yoldaşının, həm də qızının rəsmi mövqeyini öyrənəndən sonra qanun çərçivəsində qərar qəbul olunacaq. Xüsusilə onu vurğulamaq istərdim ki, bu gün özünü müxalifət adlandıran, vətəndaşların hüquqlarının müdafiəsi üzrə özlərini cəmiyyətə təqdim edən şəxslər ailələrində bu cür qanunsuz, vəhşi hərəkətlər etdiklərinə görə, sözsüz ki, cəza almalıdır. Bizdə olan məlumata görə, həmin partiyanın rəhbərliyinin də bundan xəbəri olub. Təəssüf ki, vaxtında onlar da heç bir tədbir görməyib və heç bir məlumat verməyiblər.”
Qeyd edək ki, bir neçə gün öncə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur sosial şəbəkədə anasına və özünə dəfələrlə xəsarət yetirdiyinə görə, atasından imtina etdiyini yazıb.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."