Baş nazir İrandan keçəcək yeni dəhlizdən danışdı
“İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında martın 11-də Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyətini vurğulamaq istərdim”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, yeni kommunikasiya bağlantıları ümumilikdə bölgənin inkişafına töhfə verəcək: “Ötən il istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu, hazırda inşası aparılan Zəngilan və Laçın beynəlxalq hava limanları və digər mühüm avtomobil, dəmir yol və sosial infrastruktur layihələri bölgənin inkişafına əhəmiyyətli təkan verir”.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ