Baş konsul: “Dövlət çevrilişi cəhdi zamanı Azərbaycan dövləti və xalqı Türkiyənin yanında olub”

Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk Türkiyədəki 15 iyul çevrilişinin üçüncü ildönümü ilə əlaqədar KİV nümayəndələri üçün mətbuat konfransı keçirib.

APA TV-nin qərb bürosunun xəbərinə görə, "15  iyul - Demokratiya Qələbəsi və Şəhidləri Anma" adlı tədbirdə çıxış edən diplomat bildirib ki, 15 iyul dövlət çevrilişi cəhdinin Türkiyə Respublikasının tarixində çətin sınaq idi.

Zəki Öztürk 15 iyul dövlət çevrilişi cəhdi zamanı Azərbaycan dövləti və xalqının Türkiyənin yanında olduğunu bildirib və buna görə təşəkkür edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR