“Barış bulağı” əməliyyatı Türk Şurasının Bakıdakı zirvə görüşündə müzakirə oluna bilər
Türkiyənin Suriyanın şimalında keçirdiyi “Barış bulağı” əməliyyatı sabah Bakıda dövlət başçılarının iştirakı ilə keçiriləcək Türk Şurasının VII Zirvə Görüşündə müzakirə oluna bilər.
APA TV-nin məlumatına görə, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının iclasından sonra təşkil olunmuş mətbuat konfransında Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov bildirib.
O deyib ki, Azərbaycan Türkiyənin Suriyanın şimalında keçirdiyi “Barış bulağı” əməliyyatı ilə bağlı mövqeyini bəyan edib: “Ancaq məsələ bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirə olunmayıb”.
R.Həsənov bildirib ki, Türk Şurasının Macarıstanda nümayəndəliyinin açılması əlamətdar haldır: “Bu nümayəndəliyin Türk Şurasının Avropa İttifaqı (Aİ) ilə əlaqələrinin güclənməsinə imkan yaradacağına inanırıq”.
Nazir müavini qeyd edib ki, türk dünyasında həmrəyliyin artırılması türkdilli ölkələr arasında əməkdaşlığı gücləndirəcək.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək