Barda müştərini döyüb öldürən idmançıya HÖKM OXUNDU
Bakıda yerləşən “Beerlin pub”da müştərini döyərək qətlə yetirməkdə təqsirləndirilən idmançı Orxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Orxan Şahbazov 10 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, ötən il avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Beerlin pub”da mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlu aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyüb. Qapalı kəllə-beyin və baş beynin ağır dərəcəli əzilməsi xəsarətləri alan Vüqar Mustafayev xəstəxanada ölüb. Orxan Şahbazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Xatırladaq ki, Orxan Şahbazov uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib. Orxan Şahbazov bir sıra məşhur simaların özəl mühafizəçisi də olub.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi