Bankı 3 gecəyə soydu: təkcə pula dəymədi - ŞƏMKİRDƏ QƏRİBƏ OĞURLUQ
APA TV-nin qərb bürosunun məlumatına görə, rayon sakini Samir Mustafayev arda-arda 3 gecə banklardan birinin ofisinə girib. Oradan oğurladıqlarını şəxsi maşını ilə evinə aparıb: “İçəri daxil oldum. Havalandırma sisteminə baxdım. Bir neçə şey götürüb qayıtdım. Evə gətirib zirzəmidə gizlətdim. İkinci dəfə isə kondisioner və stolu götürüb qayıtdım. Onları da zirzəmiyə qoydum”.
Əməlindən peşman olmayan şəxs üçüncü dəfə yenidən həmin bankın ofisini qarət edib. Evdəkilərə oğurladıqlarını Bakıdan aldığını deyən şəxs pulunun qalmadığını deyərək, onlardan pul da alıb. Həmin pulları kef məclislərində xərclədiyini bildirir: “Valideynlərimə dedİm ki, Bakıya avtomobilimə ehtiyat hissələri almağa gedirəm. Oğurladığım əşyaları maşına yığdım, çıxdım. Sonra da gətirdim ki, bunları almışam. Evdən də pulu alıb, yeyib-içdim”.
Kef məclisləri i o qədər də uzun çəkməyib. Bankdan polisə edilən müraciətdən sonra saxlanılıb: “Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Şəmkir şəhər sakini, 1989-cu il təvəllüdlü Mustafayev Samir Mustafa oğlu saxlanılıb. Onun yaşadığı evə baxış zamanI oğurladığı əşyaların bir qismi sübut kimi götürülüb”. Bankdan ümumilikdə 41 min manatlıq oğurluq edilib. Saxlanılan şəxsin həbs edilib Onun analoji cinayətlər törədib-törətmədiyi araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək