Balıq tutmağa getdi, “tok” vurdu, həyatını xilas etmək olmadı
Lənkəranda balıq tutan şəxsi elektrik cərəyanı vurub.
Hadisə Lənkəran rayonunun Ürgə kəndi ərazisində baş verib. Lənkəran rayonunun Veravul kənd sakini 36 yaşlı Elvin Rasim oğlu Bağırov Veravulçaydan "spilnik" deyilən tilovla balıq tutmaq istəyərkən, tilovu yuxarıdan keçən yüksək gərginlikli elektrik naqilinə toxunub.
O, hadisə yerində ölüb. Dərhal hadisə yerinə rayon hüquq – mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardaım briqadası cəlb olunub. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Qeyd edək ki, mərhum Lənkəran şəhərinin "Ləvəngi" dairəsindən Lənkəran - Bakı xətti üzrə taksi fəaliyyəti ilə məşğul olub. Onun subay olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib