Balakənin günəşə bənzəyən qədim yeməyi - Maxara
Azərbaycanın şimal-qərb bölgəsi özünəməxsus mətbəxi ilə də seçilir. Sacın üzərində bişirilən xəmir xörəkləri bu bölgənin mətbəxinin ən ləziz yeməkləri, təamları hesab olunur. Balakən mətbəxinə aid yemək nümunələrindən söhbət düşəndə, milli sac yeməyi olan maxaranın adı xüsusilə çəkilir. Formasına görə günəşə bənzədilən maxara Balakən rayonu ilə yanaşı, qonşu Zaqatalada da ən sevilən təamlardandır. Ta qədim zamanlardan indiyədək balakənlilərin evin ən əziz qonaqları üçün maxara bişirmələri artıq ənənə halını alıb. Sonda hazırladığımız qarışıma bir çay qaşığı duz əlavə edilir. Maxaranın bişiriləcəyi sac ocağın üzərində yaxşıca qızdırılır. Sonra südlü umac fincanla sacın üzərinə tökülür və hər iki üzü qızardılır. Umacı sacın üzərinə tökəndə saçaqlar yaranır və günəşə oxşar forma alır. Məhz günəşə bənzər bu forma maxara ilə bağlı bəzi inancların yaranmasına da səbəb olub. Maxara bişirildikdən sonra siniyə qoyulur, üzərinə kərə yağı çəkilir və süfrəyə verilir. Bu yeməyi ağız tamınıza uyğun olaraq bal və bəkməzlə də yeyə bilərsiniz.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi