Balakənin Avropanı xatırladan kəndi - APA TV
Balakənin İtitala kəndində insanların yaşantısı, məktəblilərin həyat tərzi Avropa kəndlərindən heç də dala qalmır. Burada insanlar sağlam həyat tərzinə üstünlük verir, ən vacib işlərini də əyləncəyə çevirməyi bacarırlar.
APA TV-nin yerli bürosunun xəbərinə görə, bu kəndin küçələrində dəstə ilə velosiped sürən insanlara rast gələ bilərsiniz. Xüsusilə də məktəblilər dərsə velosipedlə gedib-gəlirlər. İtitala kənd kənd məktəbinin həyətində hər gün 200-ə yaxın velosiped səliqə ilə park edilir. Çünki məktəbin hazırlıq sinfindən, 11-ci sinfə qədər əksər şagirdləri dərsə velosipedlə gəlirlər. Hətta nəyinki şagirdlər, məktəbin bəzi müəllimləri də dərsə velosipedlə gedib-gəlir.
Ümumilikdə 360 şagirdin təhsil aldığı İtitala kənd məktəbində artıq 7 ildən çoxdur ki, dərsə velosipedlə gedib gəlmək bir ənənəyə çevrilib. Məktəbin həyətində hər sinfə aid park yeri var.
Velosipedlə dərsə gəlmək şagirdlərin öz seçimi olsa da, məktəb də dərs müddətində şagirdlərinə məxsus əmlakın qorunması məsələsində öz dəstəyini göstərir.
Vüqar Heydərov, Əhməd Fərruxoglu, Balakən
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə