Balakəndə yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanııldı
Balakəndə yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb.
APA TV-nin məlumatına görə, rayonun Qazma kənd sakini Taleh Məmmədovun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ona ev şəraitində müalicə təyin edilib. Ancaq o, qaydaları pozaraq yaşayış yerini tərk edib.
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə onun rayon ərazisində olduğu yer müəyyən edilib. Taleh Məmmədovun mağazaya və başqa bir neçə yerə getdiyi məlum olub.
Polis əməkdaşları və həkimlərin müşayiəti ilə o, koronavirus xəstələrinin müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl də Taleh Məmmədov yaşayış yerini tərk etdiyinə görə, onunla profilaktik söhbətlər aparılıb, ciddi xəbərdarlıq edilmişdi. Ancaq o, bundan nəticə çıxarmayaraq yenidən qaydaları pozub.
Hazırda məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilməsi üçün araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi